Bakı-2017: Təmsilçimiz finalda

OXUNUB: 1027 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, qadınlar arasında 10 m platforma yarışında təmsilçimiz Olqa Bıkovskaya seçmə mərhələdə birinci yeri tutaraq finala yüksəlib.

Finala, həmçinin indoneziyalı Della Harimurti və türkiyəli Sinem Sağlam vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR