Bakı sakini qardaşı qızını maşınla vuraraq öldürüb

OXUNUB: 489 HADİSƏ

Bakı sakini bir yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az verilən məlumata görə, iyunun 23-də, saat 12:00 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov "QAZel” markalı avtomobillə qardaşının qızı - bir yaşlı Məryəm Hüseynovanı vurub.

Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR