Bakıda 22 yaşlı qız 3-cü dəfə həbs edildi

OXUNUB: 1006 HADİSƏ

Bakıda gözəllik salonunda oğurluq etmiş qadın tutulub. 

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, Aliyə Mirzəyevaya məxsus çantadan 450 manat, 100 dollar və maaş kartını, həmçinin Axundovanın şəxsiyyət vəsiqəsi ilə 50 manatını oğurlamış Tovuz sakini, 1995-ci il təvəllüdlü Novruzova Gülnarə Ömər qızı tutulub.

Bildirilir ki, 22 yaşlı Gülnarə bu il artıq 3-cü dəfədir ki polis tərəfindən saxlanılır. O, əvvəllər cibgirlik və oğurluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

İcmal.Az

RƏYLƏR