Bakıda 4 manata görə qadına qarşı iyrənc hərəkət

OXUNUB: 760 HADİSƏ
Bakıda soyğunçuluq hadisəsi baş verib.
İcmal.Az lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində naməlum şəxs 1977-ci il təvəllüdlü Pərvanə Əliyevaya hücum edib. Qadının tək olmasından istifadə edən soyğunçu zorla onun çantasını əlindən alaraq qaçıb. Çantada Pərvanə Əliyevanın şəxsiyyət vəsiqəsi və 4 manat pul olub.
 
Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
 
İcmal.Az

 

RƏYLƏR