Bakıda mənzildən çürümüş meyit tapılıb.
İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində çürümüş qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1932-ci təvəllüdlü Lidiya Koruseva olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
İcmal.Az