Bakıda binanın 6-cı mərtəbəsində yanğın olub

OXUNUB: 814 HADİSƏ

Paytaxtda mənzildə yanğın olub.

İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 6 mərtəbəli binanın 6-cı mərtəbəsində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası və 3 kv.m sahədə mətbəx mebeli yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İcmal.Az

RƏYLƏR