Paytaxtda mənzildə yanğın olub.
İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 6 mərtəbəli binanın 6-cı mərtəbəsində baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası və 3 kv.m sahədə mətbəx mebeli yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İcmal.Az