Bakıda dava - 17 yaşlı gənc iki nəfəri ölümcül bıçaqladı

OXUNUB: 494 HADİSƏ
Bakıda yeniyetmə oğlan iki nəfəri bıçaqlayıb. Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. 
Sabunçu rayonu, Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlunu ürəyindən bıçaqlayıb.
Q.Məmmədov, həmçinin qəsəbə sakini, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğluna qarın boşluğundan bıçaqla xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və daha artıq şəxsin qəsdən sağlamlığına ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

RƏYLƏR