Bakının Suraxanı rayonu ərazisində döyülmə hadisəsi baş verib.
Heydər parkı yaxınlığında dilənçiliklə məşğul olan 2001-ci il təvəllüdlü Salmanov Sabir Qəhrəman oğlu bir qrup şəxs tərəfindən döyülərək xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Zərərçəkmiş ilkin ifadə zamanı bildirib ki, o, park yaxınlığında fəaliyyət göstərən kafenin 6 əməkdaşı tərəfindən döyülüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır./report
İcmal.Az