Bakıda FACİƏ: Otel pəncərəsini silən fəhlələr 7-ci mərtəbədən yıxıldı - ÖLƏN VAR

OXUNUB: 802 HADİSƏ

Bakıda faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki hotellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR