Bakıda kafedə qadın ofisiantlar dalaşdı

OXUNUB: 792 HADİSƏ
Bakıda kafedə işləyən qadınlar arasında dava-dalaş olub. 

Şirvani küçəsində yerləşən "Nazran” kafesində ofisiant işləyən 41 yaşlı Solmaz Məmmədova polisə müraciət edərək bildirib ki, iş yoldaşı tərəfindən döyülüb. Qadının sözlərinə görə, Sevda adlı iş yoldaşı xuliqanlıq zəminində ona xəsarətlər yetirib.

Xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin edilib.

Araşdırma aparılır. /lent.az
 

 İcmal.Az

RƏYLƏR