Bakıda vəzifəli şəxsin həbs edilməsi üçün əməliyyat keçirilib.
7News.Az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.
Keçirilən əməliyyat nəticəsində Qədirov Lütfi Balahüseyn oğlu həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Hazırda cinayət işi üzrə istintaq gedir.