Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb

OXUNUB: 556 HADİSƏ

 Bakının Yasamal rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.

Hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Pərviz Məmmədov dostu ilə mübahisə edib. Mübahisə nəticəsində o, üz və bədən nahiyəsindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR