Bakıda polis qəzaya düşdü

OXUNUB: 812 HADİSƏ
Bakıda yol polisinin idarə etdiyi motosiklet minik maşını ilə toqquşub. 

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Dövlət Yol Polisi İdarəsinə məxsus, polis nəfəri Yaşar Qocalının idarə etdiyi "Yamaha" markalı motosiklet "Mercedes" markalı minik maşını ilə toqquşub.

Nəticədə xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.  
 
İcmal.Az

RƏYLƏR