Bakıda restorandan oğurluq edildi

OXUNUB: 794 HADİSƏ

Bakıda restorandan oğurluq olub.

İcmal.Az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də rayon ərazisindəki restoranlardan birindən pəncərədən girmək yolu ilə 3600 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqil Quliyev tutulub.

Fakt üzrə araşdırmalar davam etdirilir.

İcmal.Az

RƏYLƏR