Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başladı

OXUNUB: 719 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilənRamilə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 6-na təyin edilib.

İttihama görə, R.Əliyeva mübahisə nəticəsində qeyri-rəsmi nikahda yaşadığı Elxan Həsənovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan E.Həsənovun həyatını xilas etmək mümkün olub. Hadisə zamanı hər iki şəxs sərxoş vəziyyətdə olub.

 

R.Əliyevaya Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunur./trend

 İcmal.Az


RƏYLƏR