Bakıda ŞOK HADİSƏ- Polis jurnalistə yalançı hal şahidi olmağı təklif elədi – FOTOLAR

OXUNUB: 803 HADİSƏ

Bakıda polis AnTV kanalının əməkdaşına yalançı hal şahidi olmağı təklif eləyib.

AnTV.az xəbər verir ki, əməkdaşımız axşam saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin qarşısından keçərkən, şöbənin əməkdaşları onu saxlayıb, ondan yalançı hal şahidi olmağı xaiş ediblər.

Polis əməkdaşı "sadəcə içəridə duracaqsan, kağıza qol çəkib hal şahidliyi eləyib gedəcəksən” deyiblər. Jurnalist "mən şahidi olmadığım hala şahidlik edə bilmərəm” deyərək, ərazidən uzaqlaşıb.

Daha sonra əməkdaşımız həmin şöbəni təmsil edən polis əməkdaşlarının yoldan keçən vətəndaşları yanına çağırıb, hal şahidi durması üçün danışıq aparması və şöbəyə salmasını izləyib.

Polis əməkdaşı vətəndaşa yalançı hal şahidi olçağı təklif edir

Həmin vətəndaşı razı salıb içəri apararaq qol çəkdirir, digər çağırdıqları vətəndaşlara isə gözləməyi xaiş edib.
 
İcmal.Az

RƏYLƏR