Bakıda təcili yardım maşını yanıb kül oldu - İçində xəstə və həkimlər olub- VİDEO

OXUNUB: 1010 HADİSƏ
Sabunçu rayonunda yanğın baş verib. İcmal.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib. Təcili tibbi yardım maşını yanıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. İlkin məlumata görə, zərərçəkən yoxdur. Yanan avtomobil 12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşını olub. Yanğın başlayan zaman maşının içində xəstə və həkimlər olubl Onlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar.


 
İcmal.Az

RƏYLƏR