Bakida ticarət mərkəzinə dava – Administrator qadin müştəriləri təhqir etdi – VİDEO

OXUNUB: 1056 GÜNDƏM HADİSƏ
"Megafun” Ticarət və Əyləncə Mərkəzində müştərilərlə administrator arasında mühabisə düşüb.

İcmal.Az a24.az-a istinadən xəbər verir ki, mübahisəyə səbəb isə müştərilən sifariş etdiyi yeməklərin gec gəlməsi olub. Belə ki, sifariş verdikləri yeməklərin ödənişini edən müştərilərə yeməklər gətirilməyib. Daha sonra yeməkləri yedikdən sonra müştərilərin restoranda əyləşməsi administratorun əsəblərini tarıma çəkib.

Onlara yaxınlaşan xanım administrator restoranın yemək üçün istifadəyə verildiyini və yemək yedikdən sonra oranı tərk etməyin lazım olduğunu müştərilərin nəzərinə çatdırıb. Bundan sonra qalmaqal yaşanıb. Qadın administrator xanım müştərilərin üzərinə qışqıraraq təhqir edib. Eyni zamanda, onları restorandakı oğlanlardan birinə görə masanı tərk etməməkdə ittiham edib.

Az qala əlbəyaxa davaya çevriləcək mübahisənin restoranın xadiməsi tərəfindən qarşısı alınıb.


 

İcmal.Az 

RƏYLƏR