Bakıda toyda hər kəs rəqs edərkən faciə – Ölən var

OXUNUB: 841 HADİSƏ
Paytaxtın Xəzər rayonunda yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

İcmal.Az "report"a istinadən xəbər verir ki, 63 yaşlı Hüseynov Əlimirzə Əzizağa oğlu Bilgəh qəsəbəsində keçirilən toy mərasimində rəqs edən zaman halı pisləşərək yerə yıxılıb.

Toya qonaq qismində dəvət olunan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda keçinib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR