Bakıda öz maşınını qaçırdı - Yolda polis saxladı

OXUNUB: 556 HADİSƏ
Bakıda öz maşınını qaçıran şəxs saxlanılıb.

İcmal.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus "Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin "Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
 

İcmal.Az

RƏYLƏR