Bakıda zibil maşını qəza törətdi - Ölən var

OXUNUB: 766 HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu ərazisində 45 saylı Mənzil Kommunal İstismar Sahəsinə məxsus olan "Zil" markalı yük maşını ehtiyatsızlıqdan hərəkətə gəlib. Bu zaman məişət tullantılarının daşınmasında istifadə edilən avtomobilin sürücüsü, 1956-cı il təvəllüdlü Nəbiyev Etibar Ağagül oğlu təkərin altında qalaraq ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR