"BakuBus" avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib

OXUNUB: 701 HADİSƏ

 Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 "Su Sonası" şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu "BakuBus" MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR