Bərdədə intihar hadisəsi baş verib.
İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, Qaradəmirçi kəndində 1966-cı il təvəllüdlü İsmayılova Nazilə Xudaverdi qızı özünü su kanalına ataraq intihar edib.
Qadının meyiti rayonun Hüseynbəyli kəndi ərazisində sudan çıxarılıb.
Məlumata görə, mərhum ruhi xəstəlikdən əziyyət çəkirmiş.
Bərdə Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.
İcmal.Az