Berdıməhəmmədov Putinə it hədiyyə edib

OXUNUB: 776 DÜNYA

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiya prezidenti Vladimir Putinə it hədiyyə edib.

 

 Rusiya və Türkmənistan prezidentlərinin görüşü MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində keçirilib.

 

Berdıməhəmmədov Putinə Orta Asiyada məşhur "Alabay" cinsindən olan it hədiyyə edib. 
 

Mətbuat nümayəndələrinin önündə it Putinə təqdim olunub. Rusiya prezidenti hədiyyəyə görə türkmənistanlı həmkarına təşəkkürünü bildirib. /apa

 

İcmal.Az 

RƏYLƏR