Pop ulduz Beyonsun əri, amerikalı repçi Jay Z anasının cinsi azlıq nümayəndəsi olduğunu etiraf edib.
48 yaşlı ifaçı "Smile” adlı mahnısının Gloria Carterə həsr edib.
Bəstənin sözlərində 4 övlad anası olan Glorianın lezbiyan olduğu qeyd edilib. Jay Z deyib ki, anası uzun müddət homoseksual olduğunu gizlədib:
"Anamın 4 övladı var, o bir lezbiyandır. Uzun müddət teatr aktrisası kimi rol oynamaq məcburiyyətində qalıb. Özünü şkafa gizlətmişdi, hər şeyin yaxşı olacağına inanırdı. Kütlə, utanc və acı çox idi. O başqasını sevəndə mən göz yaşlarımı axıtdım. Onun kişi, və yaxud qadın sevməyinin mənim üçün fərqi yoxdur”./qafqazinfo
İcmal.Az