"Bir müddət ölən əsgərlərin içərisində qalıb, sonra sağ olduğunu bilib..." -İntihar edən Fazil haqda

OXUNUB: 1827 HADİSƏ
Çox üzücü və ürək ağrıdan xəbər almışıq. Aprel döyüşlərində böyük igidlik göstərmiş döyüşçümüz intihar edib.

İcmal.Az criminal.az-a istinadən xəbər verir ki, dünən Tovuz rayonunda 26 yaşlı Fazil Abdiyev özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Tovuz rayon İcra hakimiyyətinin şəhər üzrə icra nümayəndəsi Yaşar İbrahimov Criminal.az saytına açıqlamasında söhbətə F.Abdiyevi təriflə başladı: "Fazil ali təhsilli idi. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdi. Çox sakit, ağıllı uşaq idi. Onun haqda xoş sözlər deməklə bitən deyil, sanki bu dünyanın adamı deyildi".
Keçmiş döyüşçü F.Abdıyevin döyüş yolundan danışan icra nümayəndəsinin sözlərinə görə, o aprel döyüşlərində də böyük şücaət göstərib.

"Qızğın döyüşlərdə ağır yaralanmışdı. Hətta bu gün yasda eşitdim ki, o, bir müddət ölən əsgərlərin içərisində qalıb, sonrada sağ olduğunu bilib hospitala çatdırıblar. Hərbi xidməti başa vuranda sonra rayon rəhbərliyinin diqqətində idi. İşlə təmin edildi, tikinti şirkətində iş icraçısı işləyirdi. Dünən qardaşı və atası iş dalınca gedib. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasında istifadə edən Fazil özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Lakin ölümündən bir neçə gün əvvəl qonşularına deyib ki, yoldaşlarının ölümü ona pis təsir edib. "Niyə onlar öldü, mən ölmədim’’ deyərək təəssüflənib. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış…"-deyə Y.İbrahimov bildirdi.

***
 

Tovuz rayonunda intihar hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Fazil Arif oğlu yaşadığı evin həyətində olan tövlədə özünü asaraq intihar edib.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, intihar edən şəxsi tanıyanlar onun 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olduğunu bildiriblər. 2-ci qrup əlil olan Fazil Hacıyev Tovuzda dövlət idarələrinin birində tikinti sahəsində çalışıb. Yaxınları onun sinir pozğunluğundan əziyyət çəkdiyini, son 1 ayda aqressiv olduğunu, hadisə baş verən gün evdə kimsənin olmamasından istifadə edərək özünə qəsd etdiyini bildirirlər.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.






İcmal.Az

RƏYLƏR