Bir neçə mənzili olanlar sosial evləri alıb əlavə pul qazanır – Ekspertdən ETİRAZ

OXUNUB: 39 İQTİSADİYYAT
Son günlər İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) edilən müraciətlərdə sosial evlərin bir qisminin kirayə kimi təklif edilməsi məsələsi üstünlük təşkil edir.

Belə ki, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb.

Bu fikirləri adıçəkilən Mərkəzin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov irəli sürüb.

Onun sözlərinə görə, sosial evi güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək qazanc əldə etməyə çalışır. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir: "Təbii ki, burada Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Aydındır ki, agentlik mənzilə sahib olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz. Sosial ipoteka kreditlərinə əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün bəzi hallarda bir neçə evi olanlar da sosial evləri alıb əlavə qazanc əldə etməyə çalışırlar. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzil ilə təmin etmək olduğundan bu evlərin kommersiya məqsədi ilə istifadə olunması nəinki arzuolunan deyil, həmçinin yolverilməz olmalıdır”.

İcmal.Az

RƏYLƏR