BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença Azərbaycana səfər edəcək.
İcmal.Az Report-a istinadən xəbər verir ki, BMT nümayəndəsi iyulun 20-21-də Bakıda keçiriləcək Qüds məsələsi üzrə beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələcək.
М.Yença tədbirdə məruzə ilə çıxış edəcək.
Konfransda həmçinin, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmilərinin çıxışları gözlənilir.
İcmal.Az