Boliviya Prezidenti Evo Morales, müxalif qüvvələrin gələn həftə ölkədə çevrilişə hazırlaşdıqlarını söyləyib. Seçkilərdə ilk turda hazırkı prezident Evo Morales qalib gəlib. Onun əsas rəqibi Karlos Mesa hesablama nəticələrini tanımadığını söyləyib. Məhkəmə sədri Mariya Euxenia Çoke, Amerika dövlətləri təşkilatı və Avropa Birliyinin Boliviyadakı prezident seçkilərində səs sayma nəticələrini yoxlaya biləcəyini, səlahiyyətlilərin buna açıq olduğunu söyləyib. Qeyd edək ki, Boliviyanın bir sıra şəhərlərində səslərin sayılması zamanı iğtişaşlara çevrilən nümayişlər başlayıb. Etirazçılar seçki məhkəməsinin regional şöbələrini atəşə tutublar. Az sayda insan yaralanıb. Morales ölkədəki kütləvi etiraz aksiyalarını onun yenidən seçilməsindən narazı olan sağçı qüvvələr tərəfindən həyata keçirilən dövlət çevrilişinə cəhd adlandırıb.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Fələstinin baş naziri Ştiyye istefa ərizəsini təqdim edib
26.02.2024, 17:04 / Özəl, DÜNYA -
Qazaxıstanda hökumət istefa verdi
05.02.2024, 16:20 / Özəl, DÜNYA -
Çində iki uşağı pəncərədən ataraq öldürən cütlük edam edilib
02.02.2024, 18:13 / Özəl, DÜNYA -
Qəzzada ölənlərin sayı 27 mini keçib
01.02.2024, 16:39 / Özəl, DÜNYA -
Pakistanda keçmiş baş nazir İmran Xana 10 il müddətinə həbs verildi
30.01.2024, 14:22 / Özəl, DÜNYA -
Qana bütün Afrika ölkələri üçün vizaları ləğv etməyi planlaşdırır
29.01.2024, 13:08 / Özəl, DÜNYA -
Rusiyada neft emalı zavodunda yanğın baş verib
25.01.2024, 17:02 / Özəl, DÜNYA