"Mən balacalıqda İlhamə Quliyeva üçün ölürdüm. Bacılarım bilir. Mənim qədər onlara qulaq asan adam yox idi”.
İcmal.Az xəbər verir ki, bu sözləri ARB TV-nin "Səhər-səhər” proqramına qonaq olan Xalq artisti Brilliant Dadaşova deyib.
Həmkarından söz açan sənətçi maraqlı açıqlamalar verib:
"Mən onu təriflədikcə o, məni pisliyirdi. Ona görə də belə fikirləşirəm ki, heç kim heç kimi pisləməsin. Vallah 5 günlük dünyadır. O vaxtı verilişimdə İlhamə xanımı təriflədim. Proqram bitdikdən sonra, telekanalın sədrinin yanına gedib deyib ki, neynirsən e bu verilişi, bağla getsin”.
İcmal.Az