Britaniya və Avropa Birliyi razılığa gələ bilmədilər

OXUNUB: 589 DÜNYA

Böyük Britaniya və Avropa Birliyi krallığın Aİ-dən çıxması (Brexit) ilə bağlı razılığa gələ bilməyiblər.

Bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bəyan edib.

Bazar ertəsi, dekabrın 4-də, Yunker Britaniyanın baş naziri Tereza Meylə görüşüb. Yunkerin sözlərinə əsasən, Tereza Meyin Brüsselə səfəri zamanı danışıqlarda irəliləyiş müşahidə edilsə də, bir neçə məsələ həll olunmamış qalıb.

"Bütün səylərə və əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun razılıq əldə etmək mümkün olmadı”, - deyə Yunker qeyd edib./oxu

İcmal.Az

RƏYLƏR