Brüssel terrorçusu öldü

OXUNUB: 654 DÜNYA

Brüsselin mərkəzi vağzalında zərərsizləşdirilən "canlı bomba” aldığı güllə yarasından ölüb.

Bu barədə Belçika federal prokurorluğundan bildirilib.

Zərərsizləşdirilən şəxsin kimliyi barədə məlumat verilmir. Onun bombanı işə salmazdan əvvəl radikal dini şüarlar səsləndirdiyi bildirilir.

Prokurorluq insidenti terror aktı adlandırıb.

Qeyd edək ki, Brüsselin mərkəzi vağzalında hərbçilər partlayış törədən şəxsi zərərsizləşdiriblər. Partlayışın kassalardan birinin qarşısında baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb. Vağzalda patrul çəkən hərbçilər operativ reaksiya verərək, həmin şəxsi zərərsizləşdiriblər./apa

İcmal.Az

RƏYLƏR