Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

OXUNUB: 1491 İDMAN

Bu gün futbol üzrə Çempionlar Liqasının final matçı baş tutacaq.  

İcmal.Az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Uelsin paytaxtında keçiriləcək. 

Çempionluq uğrunda İtaliyanın "Yuventus” klubu ilə turnirin son qalibi Madrid "Real”ı üz-üzə gələcək. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm "qoca sinyora”, həm də "qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.

"Real” və "Yuventus” 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 4-də "Yuventus”, 2-də "Real” qələbə qazanıb, digər 2 oyunda isə heç-heçə qeydə alınıb.

Komandaların görüşü, tutumu 74,5 min tamaşaçı olan və təbii qazona malik qapalı "Millennium” stadionunda baş tutacaq. Görüşün baş məşqçisi almaniyalı Feliks Brıx təyin edilib. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

İcmal.Az

RƏYLƏR