Bu ölkədəki azərbaycanlı xanım elə addım atdı ki... – Video

OXUNUB: 1020 MƏDƏNİYYƏT

Laqos şəhərində Nigeriyanın Müstəqillik günu ilə əlaqədar Banana Mədəniyyət Festivalı keçirilib. Festivalda Laqosda yaşayan 20 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə, Almaniya, Rvanda, Kenya və s.) nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər. Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı Büllurə Bayramova təmsil edib.

Büllurə Bayramova Kult.az-a bildirib ki, festivalda qonaqlara Azərbaycanın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava, sac qovurması təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib. Festivalda ifa olunan milli rəqslərimizdən "Qavalla rəqs” böyük maraqla qarşılanıb. Tədbirdə dəb dəfiləsində azərbaycanlı modelyer Gülnarə Xəlilovanın milli geyimlərindən ibarət geyimləri qonaqlara nümayiş edilib.

B.Bayramova bildirib ki, qonaqlar arasında müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən tanınmış şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.

Onun sözlərinə görə, festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif ölkələrin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqi, mədəniyyəti və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir.

İcmal.Az

RƏYLƏR