Büdcə ilə bağlı qanun layihəsi qəbul edilib

OXUNUB: 1008 İQTİSADİYYAT
Milli Məclisin bugünkü plenar iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib.


İcmal.Az "APA-Economics"ə istinadən xəbər verir ki, millət vəkilləri "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla öz münasibətlərini bildiriblər.

 
Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub. "İqtisadiyyatın yeni reallıqlara adaptasiya baş verib", - deyə nazir qeyd edib.
 
Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.
 
İcmal.Az

RƏYLƏR