BVF Monqolustana yarım milyard dollara yaxın vəsait ayırıb

OXUNUB: 956 İQTİSADİYYAT

Beynəlxalq Valyuta Fondu (BVF) cümə axşamı Monqolustanda iqtisadi islahatlara 434,3 mln. dollar həcmində üçillik dəstək proqramını təsdiq edib.

BVF hesab edir ki, Monqolustan iqtisadiyyatı xammal məhsulları qiymətlərinin kəskin düşməsi və ölkə üçün əsas olan ixrac bazarlarında artım tempinin zəifləməsi səbəbindən ciddi zərər çəkib. Ölkə hökuməti, öz növbəsində, iqtisadiyyatın bərpa olunması üçün proqram həyata keçirir.

Beləliklə, Monqolustanda islahatların maliyyələşdirilməsinə yönəldilən vəsaitin ümumi həcmi 5,5 milyard dollar təşkil edəcək./report

 İcmal.Az


RƏYLƏR