Cəlilabadda BƏDBƏXT HADİSƏ: DSX-nin əsgəri öldü

OXUNUB: 662 HADİSƏ

Dövlət Sərhəd Xidmətinin əsgəri Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində həlak olub.

Göytəpə Sərhəd Dəstəsinin əsgəri, 1999-cu il təvəllüdlü Qusar rayon sakini Həmidov Ayaz Zabil oğlu bədbəxt hadisə nəticəsində vəfat edib.

İlkin məlumata görə, əsgər xidməti vəzifəsini yerinə yetirən zaman atdan yıxılıb. Nəticədə o, ölüb.

Əsgərin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsində müayinə edilib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır. /report

İcmal.Az

RƏYLƏR