"Samatya" adlı yeni yaxta alan aktyor Cem Yılmaz yeni sevgilisi ilə görüntülənib.
İcmal.Az axşam.az-a istinadən bildirir ki, yaxtasında sevgilisi ilə şərab içən yumor ustası jurnalistləri görüncə əsəbiləşib.
"Bəsdir daha, evinizə gedin" deyən Cem paparassilərin üzündən tətilini yarımçıq dayandırmalı olub. Skuterlə dənizə çıxan Yılmaz sevgilisi ilə zarafatlaşarkən onları izləyən müxbirlər üzündən yaxtasına qayıtmalı olub.
İcmal.Az