"CNN": ABŞ qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb

OXUNUB: 588 DÜNYA

Birləşmiş Ştatların Yapon dənizindəki "Ronald Reagan" təyyarə gəmisinə yaxınlaşan Rusiya təyyarələri ABŞ qırıcıları tərəfindən uzaqlaşdırılıb.

"Bazar günü Rusiyaya məxsus TU-95 tipli 2 bombardmançı təyyarə "Ronald Reagan" təyyarə gəmisinə yaxınlaşıb. Lakin gəmidən havaya qaldırılan F/A-18 qırıcıları Rusiya təyyarələrini uzaqlaşdırıb", - ABŞ rəsmisi bildirib.

Rəsmilər Rusiya təyyarələrinin problem yaratmadan ərazidən getdiyini və təhlükəli vəziyyət olmadığını bildirib.

Qeyd edək ki, bu bölgədə Çin, Yaponiya və Koreya da var. Şimali Koreya ilə yanaşı, Çin və Rusiya da ABŞ-ın regiona artan marağından narahatdır./oxu

İcmal.Az

RƏYLƏR