DƏHŞƏT: 8 aylıq hamilə arvadını öldürdü - FOTO

OXUNUB: 694 DÜNYA

Türkiyənin Bilecik bölgəsində qandonduran hadisə baş verib.

Hüseyn K. 8 aylıq hamilə həyat yoldaşı Məleykə. K-nı öz evində sinəsindən bıçaqlayaraq qətlə yetirib.

Aralarındakı mübahisə zəminində qadının üstünə bıçaq çəkən Hüseyn, onun yalvarışlarına baxmayaraq, bir neçə dəfə zərbə endirib.

Hadisə haqqında polisə xəbər verən Hüseyn daha sonra qaçaraq gizlənib.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadını xəstəxanaya aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı ilə götürülən körpənin vəziyyəti isə ağır olaraq qalır.

Hadisəni törədən Hüseyn.K polislər tərəfindən saxlanılıb./publika

 

İcmal.Az

RƏYLƏR