Rusiyanın Voronej vilayətinin Xoxol rayonu sakini 10 yaşlı ögey qızının zorlanmasına görə məhkəmə qarşısında duracaq.
Bu haqda Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsindən bildirilib.
Bildirilir ki, 29 yaşlı kişi 2014-cü ilin mayından 2016-cı ilin mayına kimi azyaşlını seksual zorakılığa məruz qoyub. O, həmçinin oğurluqda ittiham olunur. Kişi oğurluğu etiraf etsə də, zorlama ilə bağlı ittihamı qəbul etmir./publika
İcmal.Az