Dəhşətli qətl: Keçmiş arvadını amansızlıqla öldürdü

OXUNUB: 771 HADİSƏ

Sumqayıt şəhərində qətl törədilib. 

Corat qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənova Xəyalə Kamil qızı çoxsaylı bıçaq xəsarətləri ilə Təcili Yardım Xəstəxanasına çatdırılıb.

Bildirilir ki, o, yaşadığı evdə bıçaqlanıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olub. O, X.Həsənovanı 17 bıçaq zərbəsi ilə öldürüb.

Artıq hadisəni törətmiş şəxs saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./lent

 

İcmal.Az

RƏYLƏR