İtaliyanın şimalında sərnişin qatarı yük maşını ilə toqquşub.
İcmal.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Kaluzo şəhəri yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində 1 nəfərin öldüyü, 15 nəfərin xəsarət aldığı təsdiqlənib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
İcmal.Az