Dənizdə ölən modellə birgə yaxtada kimlər olub: Milli Məclisin əməkdaşı Nailə Sultanova, deputat oğlu və ...

OXUNUB: 1256 ŞOU-BİZNES
Bir müddət  əvvəl  Sabunçu rayonu ərazisindəki  çimərlikdə model Günel Mirzəyeva  dənizdə dostları ilə yaxta gəzintisi zamanı  faciəli şəkildə  ölüb. 
  
Xatırladaq ki, hadisə Bilgəhdə - Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verimişdi. Yaxta  gəzintisi zamanı  3 dost  3 qızla dənizdə  olarkən faciə baş verib.
 
Bu faciənin digər iştirakşıları bugünədək  ciddi-cəhdlə  gizli saxlanılır. Yəni hadisədə kimlərin olması, yaxtanın kimə məxsus olması ictimaiyyətdən gizlədilir. 
NUH.az olaraq dəfələrlə modelin ölümü ilə bağlı cinayət işinin açıldığı Sabunçu rayon prokurorluğu ilə əlaqə saxlamağa çalışsaq da bu günədək bizə hətta müstəntiqin kim olması belə məlum deyil. Modelin və dostlarının qəzaya uğradığı yaxta ilə bağlı  FHN-in "Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti” də,  məsələ ilə bağlı  ictimaiyyətə heç bir məlumat vermədi.
Düzdür  saytlarda  hadisə iştirakçılarından biriin və yaxtanın sahibinin   deputat oğlu olması barədə məlumatlar yayıldı. Amma  rəsmi orqanlar hələ də susmaqda davam edir. 
 Hadisə iştirakçılarından biri  Milli Məclisin əməkdaşı Nailə Sultanovadır. 
Biz baş verənlərə aydınlıq gətirmək  üçün Nailə Sultanovanın  mövqeyini dərc  etməyə hazırıq./nuh.az
 
 
İcmal.Az

RƏYLƏR