Depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib

OXUNUB: 656 İQTİSADİYYAT

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Mərkəzi Bankdan İcmal.Az-a verilən xəbərə görə, tələb 731 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 3,7 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

İcmal.Az

RƏYLƏR