Deputat: ADİF-in fəaliyyəti yoxlanılmalıdır

OXUNUB: 25 İQTİSADİYYAT

Azərbaycan Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanmsı Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlamalıdır.

İcmal.Az "Report"-a istinadən xəbər verir ki, bu təkliflə deputat Vahid Əhmədov 2018-ci ilin büdcə zərfinin parlamentin 5 komitəsinin bugünkü birgə iclasında müzakirəsi zamnaı bildirib.

"Bank sistemində sağıamalaşmanı görümürük. Kreditlər yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb. "Bank Standard"ın bağlnaması ilə 43 min insan problemlə üzləşib, insanlar vəsaitlərini geri ala bilmirlər. İnsanların vəsaitlərini alması üçün Əmanətlərin Sığortalanması Fonduna büdcədən 500 mln. manat ayrıldı. Hesablama Palatasından xahiş edirəm ki, bu pulun necə xərclənməsini yoxlasınlar. Niyə insanların əmanətləri qaytarılmır? Gündə yüzlərlə şikayətlər alırıq", - deyə millət vəkili əlavə edib.

İcmal.Az

RƏYLƏR