Daxili İşlər Nazirliyi (DİN) Maştağada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
İcmal.Az xəbər verir ki, məlumata əsasən, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb.
İcmal.Az