Dollarla əməliyyatların həcmi azalıb – CƏDVƏL

OXUNUB: 952 İQTİSADİYYAT

Bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 140 milyon 540,2 min dollar alınıb.

İcmal.Az xəbər verir ki, ötən ilin müvafiq dövründə bu rəqəm 272 milyon 352,0 min dollar təşkil edib.

Beləliklə 1 bir il ərzində dollar alışı 1,36 dəfə azalıb.

ABŞ dollarının satışı isə hesabat dövründə 65 milyon 567,1 min dollar olub. Nəzərə alsaq ki, 2016-cı ilin dörd ayında bu rəqəm  190 milyon 905,2 min dollar təşkil edib,  deməli ABŞ valyutasının satışı 2,91 dəfə azalıb.

Ümumilikdə apreldə  ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 206 mln. 107,3 min ABŞ dolları olub. Hansı ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azalma deməkdir. Çünki   2016-cı ilin aprelində əməliyyatların həcmi 463 milyon 257,2 min dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında dolların orta məzənnəsi 1,6847 manat olub.

 İllər  

 I rüb

US $

EURO €

RUR

US $

EURO €

RUR

       Alış   (min valyuta vahidi)

Satış (min valyuta vahidi)

2016

272352,0

28791,5

853017,9

190905,2

33374,6

201900,2

2017

140540,2

23785,2

925260,7

65567,1

18397,8

152911,2

İcmal.Az

RƏYLƏR