Dubayda at nalı formasında göydələn tikilir

OXUNUB: 705 DÜNYA

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində at nalı formasında olacaq göydələnin tikintisinə başlanılıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, binanın A və B qalalarından ibarət olması nəzərdə tutulub.

A qalası 19 mərtəbəli olmaqla özündə 257 studiya tipli 2 və 3 otaqdan mənzilləri, hovuz, spa və idman zallarını, uşaqlar üçün oyun meydançasını birləşdirəcək. B qalası 18 mərtəbəli olmaqla 90 ədəd 3, 4 və 5 otaqlı mənzildən ibarət olacaq.

 

Yaşayış kompleksindəki mənzillərin qiyməti 225 min ABŞ dollarından başlayacaq.

 

İcmal.Az

RƏYLƏR